Multizone Sistemi Nədir və Hansı Üstünlükləri Təklif Edir?
Məkan daxilində maksimum komfort səviyyəsinə nail olmaq üçün çox vaxt eyni anda bir neçə zonanın isidilməsi və ya soyudulması tələb olunur. Lakin praktikada quraşdırma sahəsinin məhdud olması, səs-küy və binanın fasadının zədələnməsi kimi problemlərlə tez-tez qarşılaşırıq.
Bu problemlər üçün optimal həll Midea-nın multizone texnologiyasıdır.
Multizone Sistemi Nədir?
Multizone sistemi bir xarici blok və 9-a qədər daxili blokdan ibarət olan bina üçün isitmə və soyutma həllidir.
Belə sistemlər xüsusilə fasadda xarici blokların quraşdırılması üçün mövcud sahə məhdud olduqda və bir neçə xarici blokun yerləşdirilməsi binanın memarlıq görünüşünə mənfi təsir göstərə biləcəyi hallarda effektivdir.
Multizone Sistemi Harada İstifadə Oluna bilər?
Multizone kondisioner sistemi istənilən tip məkan üçün uyğundur: mənzillər, fərdi evlər, ofislər, kommersiya obyektləri və ailə tipli otellər.
İnteryer Dizaynı da Vacibdir
Bu texnologiyanın digər fərqləndirici xüsusiyyəti daxili blokların geniş dizayn seçimidir. Divar tipli, kanal tipli, standart və bir istiqamətli kaset tipli daxili bloklar, həmçinin konsol modelləri interyer dizaynına uyğun ideal həll seçməyə imkan verir.
Sistem həmçinin Smart Home həlləri ilə tam uyğundur. Onu Wi-Fi, mobil tətbiq və ya mərkəzi idarəetmə paneli vasitəsilə həm evdə, həm də uzaqdan idarə etmək mümkündür.
Multizone sisteminin digər mühüm üstünlüyü onun mərhələli şəkildə genişləndirilə bilməsidir.
İstifadəçi ilkin mərhələdə sistemi yalnız bir daxili blokla əldə edə və multizone texnologiyasının bütün üstünlüklərindən yararlana bilər. Daha sonra ehtiyac yarandıqca müxtəlif zonalar üçün əlavə daxili bloklar asanlıqla qoşula bilər və bunun üçün əlavə quraşdırma xərcləri tələb olunmur.
Bu yanaşma interyerini mərhələli şəkildə formalaşdıran və ya büdcəsini daha uzun müddətə planlaşdıran istifadəçilər üçün xüsusilə əlverişlidir.
Standart İnverter Split Kondisionerdən Nə ilə Fərqlənir?
İki və ya daha çox kondisioner tələb olunduqda:
Mərkəzi multizone sisteminin komponentlərinin ümumi dəyəri daha sərfəli olur
Ən yeni nəsil inverter split sistemlərlə müqayisədə daha yüksək enerji səmərəliliyi təmin edir
Daha az quraşdırma sahəsi tələb edir
Texniki xidməti daha asandır
Daha aşağı səs səviyyəsi ilə işləyir
Yüksək davamlılığa malikdir və müasir ekoloji mühafizə standartlarına uyğundur
